Close

(+994 50) 212-12-57
drpoluxov%estetik#az

Bədənin Plastik Cərrahiyyəsi

Liposaksiya

Liposaksiya

Liposaksiya, bədənin bəzi nahiyyələrində yığılan, ancaq davamlı diyeta ilə idmanla “əridilə” bilməyən inadkar piylərin vakkum metodu ilə sorularaq bədəndən xaric edilməsi metodudur. Liposaksiya araıqlamaq məqsədi ilə deyil bədən cizgilərini daha uyğun vəziyyətə gətirmək üçün icra edilir.

Liposaksiya əməliyyatı ilə daha inadkar yağları bədəndən uzaqlaşdırılarkən eyni zamanda yağ hüceyrələrinin sayı da azaldılır. Bu əməliyyatın üstünlüklərində biri odur ki, liposaksiya olunan nahiyyələrdə heç vaxt əvvəlki kimi piylənmə yaranmır, çünki həmin nahiyyələrdəki piy hüceyrələrinin bir hissəsi daimi olaraq bədəndən xaric edilir.

Yetişkənlik dövründən sonra insan bədənindəki piy hüceyrələrinin sayı stabil qalır. Ancaq mövcud olan yağ hüceyrələrinin həcmində artma və azalma ola bilər ki, bu da cəkinin artması və ya azalması ilə nəticələnə bilər.

 

Kişilər üçün liposaksiya

Kişilərdə icra edilən liposaksiya qadınlardan bir az fərqlidir. Kişilərdə piylənən nahiyyələr sadəcə göbək ətrafı, qarın və iki tərəfdə bel nahiyyəsi ilə məhdudlaşır. Bu piylərin altında ən zəif kişidə belə qadınlara nisbətən yaxşı inkişaf etmiş əzələ kütləsi var. Buna görə də bu əməliyyatda məqsəd göbək nahiyəsindəki piylərin mümkün qədər çox hisəsini götürməkdir.

Bu əməliyyat üçün ideal kişi tipi idman eden amma düzgün olmayan və yüksək kalorili qidalanan, çəkisi normadan bir az çox olan kişilərdir.

Məqsəd əzələləri ortaya çıxartmaqdır. Dərialtı piy toxuması incəldikcə əzələlərin görünməsi mümkün olur.

Anesteziya növü: Yerli (+ Sedasya) ya da ümumi anesteziya.

Əməliyyat müddəti: Alınacaq piyin miqdarına bağlıdır, yarım saat ilə 4-5 saat arası.

Xəstəxanada yatış müddəti: Adətən 1 gün.

Əməliyyatdan sonra ağrı: 3-4 günə qədər zəif sızltı. Tablet formasında qəbul edilən sadə ağrı kəsicilər kifayyət edir.

Şişkinlik, göyərmə: 3-5 gün arasında, zəif – orta dərəcədə.

Sarğılar: İkinci gün tamamilə çıxardılır və yuyuna, duş dəbul edə bilərsiz.

Korset: 3-5 həftə.

Tikişlər: Kanulaların  girdiyi yerlər (adətən 5-6), bir həftə sonra sökülür.

Nə vaxt işə qayıtmaq olar: Adətən 4 cü gün.

İdman: 2 həftə sonra uzun məsafəyə yerişlər, 3-4 həftə sonra qaçış və digər idmanlara başlamaq olar. Ağır idman növlərinə 6 həftə sonra başlamaq olar.

Son forma (nəticə): Əməliyyatdan sonra yaranan bərkliklər və şişkinlikləri çox hissəsi 2-ci ayda azalır. Amma tam nəticə 6-8 ayda yaranır.