Close

(+994 50) 212-12-57
drpoluxov%estetik#az

Bir çox insanları həyatından bezdirən migren ağrıları

Kateqoriya: BLOQ
  • 03
    11/2021
  • 16:28
  • 105
  • 3
    0
03.11.2021 - 16:28
105
0

Bir çox insanları həyatından bezdirən migren ağrıları təxmini 15% də müşahidə edilir. Migren atakaları çox vaxt dərmanlarla kontrol altına alına bilinir. Amma bəzi xəstələrdə heç bir dərman lazımı təsiri göstərə bilmir. Dərmanlarla kontrol edilə bilən xəstələrdə isə dərmanların əlavə təsirləri ola bilir.

Bəzi xəstələrdə migrenin səbəbi, baş və boyunda bəzi sinir uclarının qıcıqlanmasıdır. Çox vaxt qıcığa həmin sinirlərin keçdiyi əzələlər səbəb olur. Əzələlər siniri sıxaraq təziq yaradır və nəhayət ağrıya səbəb olur.

 

Migren cərrahiyyəsi necə nəticə verir?

Migren cərrahiyyəsi, əzələlərin sinirlər üzərində yaratdığı təziqi azaltmaq prinsipi ilə təsir edir. Sinirlər üzərindəki təziqin azaldılması migren atakalarının başlamasının qarşısını ala bilir və ya ən azından təkan vericini təsirini zəiflədərək migrenləri daha az periodla müşahidə edilməsinə və daha zəif olmasına səbəb ola bilir. İlk olaraq botoks istifadə edilərək migrenə təkan verici nöqtələr təyin edilir, əgər müsbət nəticə alınarsa, saç icərisindən aparılan kiçik kəsiklərlə cərrahi müalicə edilir. Bu zaman plastik cərrahiyyə önə çıxır. Bu əməliyyat kiçik kəsiklərdən, kamera görüntüsünün müşayiəti ilə icra edilir.