Close

(+994 50) 212-12-57
drpoluxov%estetik#az

Hollywood yanağı

Kateqoriya: BLOQ
  • 17
    06/2022
  • 14:51
  • 287
  • 2
    1
17.06.2022 - 14:51
287
1

Yanaqları incəltmək,dolğunluğu azaltmaq məqsədi ilə bu bölgədə mövcud olan yağ yastıqcıqlarının cərrahi yol ilə çıxarılması prosesinə bişektomiya deyilir.

Mediada tez-tez "Hollywood yanağı" adı ilə yer alır. Yeni bir əməliyyat deyildir, plastik cərrahlar tərəfindən illərdir istifadə edilən əməliyyatdır.

Bu əməliyyat, üzün estetik olaraq incəldilməsi məqsədi ilə edilir. Bişektomiya ilə yanaqlar biraz daha çökük bir görünüş qazanır, almacıq sümükləri və üz xətti daha çox ortaya çıxır.

Bu əməliyyat yanaq incəldilməsi tətbiqidir. Yanaqdakı yağ yastıqları ağız içərisindən edilən balaca bir kəsik ilə alınır. Lokal anesteziya ilə tətbiq edilən əməliyyat, xəstələrdə hər hansı bir ağrıya səbəb olmur, əməliyyat sonrası eyni gün içində xəstə evə gedə bilər.

Bişektomiya sonrası xəstələr ilk 3 günə diqqət etməlidirlər. Qanama riskindən dolayı, xəstələr yumşaq qidaları seçməli və soyuq içkilərdən uzaq durmalıdırlar.

Hollywood-yanagi-2

Həkimin hazırladığı qidalanma proqramına əməl olunmalıdır. İltihablanmanın baş verməməsi üçün ağız gigiyenasına xüsusi diqqət edilməlidir.

Bisektomiya hər insana tətbiq edilə bilmir. Sadəcə yanaqları qalın insanlar üçün uyğundur. Çünki yaşla əlaqədar olaraq yağ miqdarı azalır və üzdəki yağ yastıqcıqları alınarsa xəstənin üzü bir müddət sonra çökük, olduğundan daha yaşlı görünə bilər. Üz xətlərinin tam olaraq formalaşması 25 yaşına qədər olur. Bu səbəbdən Hollywood yanağı estetikasını, yəni bişektomiya əməliyyatı 25 yaşdan yuxarı insanlara tətbiq edilməlidir.