Close

(+994 50) 212-12-57
drpoluxov%estetik#az

Bədənin Plastik Cərrahiyyəsi

Abdominoplastik

Abdominoplastika (Qarın gərmə)

Gərgin bir qarın və incə bel gəncliyin ən vacib əlamətlərindən (simvollarından) biridir. Ancaq qarın nahiyyəsi xüsusilə qadınlarda hamiləlikdən sonra və çox çəki alıb verməyə bağlı deformasiyaya uğrayır. Hər hamiləlikdən sonra qarın mahiyyəsində deformasiyalar yaranır. Hamiləlik zamanı çəkinin artması yaranan deformasiyalari daha da artırır. Qarın dərisində sallanmalar və çatlar yaranır. Qarın divaında olan əzələ və bağ toxuması “boşalır” və bu da qarında şişkinliyin artmasına səbəb olur. Qarın gərmə əməliyyatı (Abdominoplastika) qarın nahiyyəsində yaranan bu tip problemləri aradan qaldırmaq üçün ən effektiv seçimdir. Eyni zamanda göbək estetikasını da unutmamaq lazımdır.

 

Qarın gərmə əməliyyatının təsirləri

Qarın gərmə əməliyyatı ilə qarnınızdakı çatlamış dəri və artıq yağlar (piylər) götrülür, eyni zamanda qarın divarınız əvvəlki gərginliyinə qayıdır. Hamiləlik zamanı yaranacaq bütün deformasiyaları bu əməliyyatla aradan götürmək mümkündür.

 

Hamiləlikdən sonra qarın və bel nahiyyəsində hansı problemlər yaranır?

  1. Qarın əzələləri orta xətdən kənara doğru çəkilərək genişlənir, amma doğuşdan sonra əvvəlki vəziyyətinə qayıda bilmir. Buna görə də qarın boşluğunda elastikilik, önə doğru şişkinlik müşahidə edilir;
  2. Dəridə, xüsusilə də qarının aşağı hissəsində çatlar yaranır;
  3. Bunlarla birlikdə hamiləlik zamanı alınan çəki əlavə olur. Bir çox qadınlar əvvəlki çəkisinə qayıda bilmir. Bədəndə qalan artıq çəki en çox qarın, bel və bud nahiyyələrində yığılır. Bu piylənmələr göbəklə birlikdə bel və qasıq nahiyyələrində də sallanma və qırışlara sebeb olur.

 

Qarın gərmə (abdominoplastika) necə icra edilir?

Qarın gərmə əməliyyatında bütün qarın və bel nahiyyəsində olan artıq yağlar götürülür, göbəkdən aşağıda olan artıq dəri çıxardılır və boşalmış qarın əzələ möhkəmləndirilir. Xəstənin qarının vəziyyətinə görə tam qarın gərmə, mini qarın gərmə və ya endoskopik qarın gərmə əməliyyatı icra edilir.

 

Tam qarın gərmə əməliyyatı necə olur?

Tam qarın gərmə əməliyyatında qarının aşağı hissəsində bikininin altında qalacaq şəkildə uzun bir kəsik aparılır. Qarının dərisi qabırğalara qədər qarın divarından qaldırılır. Göbək dəliyi dəridən ayrılır. Boşalmış qarın divarı əzələləri tikilərərk qarın divarı möhkəmləndirilir.  Bundan sonra göbək dəliyinin aşağı hissəsində qalan dəri tam cıxardılır. Yuxarıda qalan dəri aşağı çəkilir və göbək dəliyi üçün yeni yer açılır.  Tam qarın gərmədən sonra göbək dəliyinin üstü və altı gərilir, bel incəlir, qarın divarı gərginləşir. Əgər ehtiyyac olarsa qarın ətrafındakı artıq yağlar (piylər) liposaksiya ilə götrülür.

 

Mini qarın gərmə necə olur?

Dəri artığı yalnız göbək altında olan, göbək üstündə dəri deformasiyası olmayan ya da çox az olan pasiyentlərdə mini qarın gərmə əməliyyatı icra edilir. Qarının aşağı hissəsində,bikini altında qalaçaq formada, amma tam aqarın gərmə ilə müqayisədə daha qısa kəsik aparılır. Göbək altında qalan dəri qaldırılır və artıq hissə çıxardılır. Əgər göbək üstündə də bir artıq hissə olarsa, göbək dəliyi 1-2 sm aşağı çəkilir. Ehtiyyac olarsa qarın divarı əzələləri də möhkəmləndirilə bilər.

 

Endoskopik qarın gərmə əməliyyatı necə olur?

Dəri artığı olmayan, ancaq hamiləlikdən sonra qarın divarı əzələlərində boşalma olan pasiyentlərdə endoskopik qarın gərmə əməliyyatı icra edilir. Əgər pasiyentdə keysəriyyə kəsiyi izi varsa həmin yerdən kəsik aparılır. Əgər yoxdursa 2 sm lik kəsik aparılır. Yienə əvvəlcə liposaksiya olunaraq dəri incəldilir. Endoskop vasitəsi ilə girilir, içəriyə kamera salınır ve ekrandan izleyerek qarın divarı əzələləri möhkəmləndirilir. Endoskopik qarın gərmədə dəri xaric edilmir.

 

Əməliyyat üçün ən uyğun vaxt:

Ən ideal vaxt doğuşdan sonrakı birinci ilin axırıdır. Bu müddətdə həm mümkün qədər artıq çəki azalır həm də sallanan dəri də çatlar son vəziyyətini alır. Bu əməliyyat sonrakı hamiləliklər üçün problem törətmir. Amma daha tez zamanda yeni hamiləlik düşünülürsə əməliyyatın daha gələcək zamana təxirə salınmağı məsləhət görülür. Təkrar yeni hamiləlikdən sonra yenidən deformasiyalar yaranacağına görə əməliyyatı ikinci və ya üçüncü hamiləliklərdən sonraya planlamaq məsləhət görülür. Əgər çatlar varsa və çatlar hamiləliklə bağlı deyil, çəkinin artıb azalmasına bağlıdırsa, əməliyyatı çəkinin azalması prosesindən sonraya saxlamaq məsləhət görülür.

 

Anesteziya növü: Ümumi.

Əməliyyata hazırlıq: Bağırsaq təmizliyi məqsədi ilə iki gün sulu qidalanma tövsiyyə edilir. Əməliyyatdan sonra bir neçə gün sulu qidalara davam edilir.

Əməliyyat müddəti: ~2,5-3 saat.

Xəstəxanada qalma müddəti: 1-2  gecə.

Əməliyyatdan sonra ağrı: İlk günlərdə (2–4 gün) sadəcə ehtiyyac olduğu qədər ayağa qalxmaq olar. Yataqta yarım oturaq vəziyyətində uzanmaq, ayağa qalxdıqda beldeən önə doğru “iki qat” əyilmiş vəziyyətdə durmaq lazımdır. İlk bir neçə gün yüngül ağrı olur. Əgər məsləhət görülən vəziyyətdə uzanmaq və durmaq qaydalarına əməl edilərsə ağrı minimuma enir. Bu ağrıları aradan qaldırmaq üçün, sadə həblərin qəbulu yetərli olur.

Şişkinlik, göyərmə: 3-6 gün arası, orta dərəcədə.

Sarğı: 5 gün ərzində tamamilə açılır.

Korset: 4-6 həftə yüngül sıxıcı qarın korseti taxılır.

Tikişlər: Söküləcək tikişlər olmur.

İşə nə vaxt qayıtmaq olar: Ən tez 7 gün sonra.

İdman: 2 həftə sonra uzun məsafələrə piyada gəzmək, 4 həftə sonra qaçmaq və digər yüngül idmanlara başlamaq olar. 5-6 həftə sonra ağır çəki qaldırmaq və digər nisbətən ağır idman növləri ilə məşğul olmaq olar.