Close

(+994 50) 212-12-57
drpoluxov%estetik#az

Üzün Plastik Cərrahiyyəsi

Blefaroplastika

Blefaroplastika

Göz ətrafı üzdə yaşlanma əlamətlərini ən tez hiss olunduğu yerlərdir. 30-40 yaşlardan etibarən üst göz qapaqlarında dəri yığılmaları, alt göz qapaqlarında torbalar yaranmağa başlayır. Bu dəyişikliklər insanın yorğun və yuxusuz görünməyinə səbəb olur. Göz altında çökəkliklər, göyərmələr yarana bilər. Üst göz qapaqlarındakı dəri yığılması gözün açılmasını çətinləşdirir. Bu cür xəstələr görünüşlərini düzəltmək üçün tez-tez qaşlarını qaldırdıqlarına görə alın qırışları artır və axşama doğru baş ağrıları yarana bilir.

 

Göz qapağı estetikası nədir?

Göz qapağı estetikasında üst göz qapağını qaşlarla və alınla birlikdə, alt göz qapağını isə yanaqla birlikdə dəyərləndirmək lazımdır. Üst göz qapağında artıq dəri çıxarılaraq göz qapağı üstündə yaranan yığılma aradan götrülür. Ehtiyyac olarsa qaşlar yuxarıya qaldırılır. İki əməliyyat birlikdə olarsa nəticə daha effektli olur. Alt göz qapaqlarında isə pozulmuş olan qapaq yanaq kənarı düzəldilir.

 

Estetik göz kapağı əməliyyatları kimlərə olar?

Estetik göz kapağı estetiği adətən 35 yaşdan sonra olar.  Ancak üst göz qapaqları quruluşuna və genetik faktorlara bağlı olaraq, daha ətli və cox sallanma olan pasiyentlərdə və alt göz qapaqlarında torbalanması olanlarda daha erkən yaşlarda da əməliyyat etmək olar.

 

Əməliyyatdan əvvəl nələr etmək olar, nələr olmaz?

Bütün əməliyyatlarda olduğu kimi, göz qapağı əməliyyatlarında da əməliyyatdan 3 həftə əvvəl aspirin və siqareti dayandırmaq lazımdır. Son 1 həftədə qanı duruldan dərmanlar dayandırılmalıdır.

 

Estetik göz kapağı əməliyyatı nə qədər çəkir?

Tək üst qapaqlar olaçaqsa 45-60 dəq. Alt və üst qapaqlar birlikdə olarsa 2 saat.

 

Estetik göz kapağı əməliyyatları ağrılıdırmı?

Göz kapağı əməliyyatları ağrılı değil. Xəstələrı daha çox şişkinlik və göyərmələr narahat edir.

 

Estetik göz qapağı əməliyyatlarının qalıcılığı nə qədərdir?

Yaşlanma prosesi əməliyyatdan sonra da davam edir və göz qapaqlarında da illər ərzində dəyişikliklər olur. Ancaq heç vaxt əməliyyatdan əvvəlki vəziyyətinə qayıtmır. Zamanla üst göz qapaqlarında təkrar dəri yığılması yarana bilər və yenidən əməliyyata ehtiyyac yarana bilər. Alt göz qapaqlarında adətən təkrar əməliyyata ehtiyyac olmur.

 

Əməliyyatdan sonra sizi nələr gözləyir?

Bu kiçik əməliyyat olmağına baxmayaraq, göz qapaqları asanlıqla şişir. Buna görə də işlərinizi və sosiyal münasibətləri 5-7 gün məhdudlaşdıracaq şəkildə planlaşdırmağınız məsləhət görülür. Xəstəxanada qalmağa ehtiyyac yoxdur. İlk 2 gün bir az şişmə və göyərmə ola bilər. Bunu azaltmaq üçün erkən mərhələdə buz qoyulur. 3 cü gündən etibarən TV yə baxmaq, kitab oxumaq, günəş eynəyi taxaraq çölə çıxmaq olar. Əməliyyatın 5 ci günü tikişləri sökürük. Tikişlər söküldükdən sonra işə qayıtmaq olar. Əməliyyatdan sonra 3 ay günəş şüalarından qorunmaq lazımdır.

 

Anesteziya növü: Yerli və ya ümumi anesteziya.

Əməliyyat hansı şəraitdə olmalıdır: xəstəxana əməliyyatxanasında.

Əməliyyat müddəti: 1–3 saat.

Xəstəxanada yatış müddəti: Həmin gün evə göndərilir.

Əməliyyatdan sonra ağrı: Bir neçə gün yüngül sızıltı ola bilər. Adətən tablet formasında ağrıkəsicilər kifayət edir. 

Şişkinlik, göyərti: 3–7 gün arası, orta dərəcədə.

Sarğı: Tikişlər sökülənə qədər sarğı edilmir. Dikişler alınana kadar pansuman yapılmıyor.

Tikişlər: Beşinci gün

Nə vaxt işə qayıtmaq olar: 3–7 gün.

İdman: 2 həftə sonra uzun məsafəyə yerişlər, 3 həftə sonra qaçışa başlamaq olar. Ağır idmanlara 4 cü həftədən sonra.

Son nəticə: Adətən birinci ay yüngül ödem olur. Son nəticə isə üçüncü aydan sonra müşahidə edilir.